PKK Ankaradakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

REGİON 01 okt 2023, 22:55
PKK terror təşkilatı Türkiyənin Ankara şəhərindəki törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə "Report" “A Haber” telekanalına istinadən xəbər verir.

Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top