Xəbər verdiyimiz kimi, məşhur idmançı Nəriman Abbasovun əməkdaşlıq etdiyi qanunsuz idman mərc operatoru "Mostbet" daha bir vətəndaşın qazandığı məbləği ödəməkdən boyun qaçırır. "Mostbet" vətəndaşın 156 461 manatını ödəmir, üstəlik onun hesabı da bloklanıb.
Hüquqşünas Əsabəli Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, mərc oyunları təşkil etmək yalnız lisenziya ilə mümkündür. Əgər hər hansı şəxs və ya müəssisə lisenziyasız fəaliyyət göstərərək mərc oyunları təşkil edirsə, bu, qanunsuz sahibkarlıq hesab olunur:
“Ola bilər ki, həqiqətən hər hansı biznes təşkil olunsun, qanunsuz da olsa fəaliyyət göstərsin. İnsanlar nəyisə alsın, satsın, dəyişsin, qarşılığında müəyyən məbləğ qazansın. Biri də var ki, yalandan elan verirlər, insanlar pul ödəyir, təşkilatçı da o pulu mənimsəyir. Burada hansısa biznesdən söhbət gedə bilməz, açıq-aşkar dələduzluqdur”.
Hüquqşünas qeyd edib ki, qumar oyunlarının təşkilində praktikada daha çox qanunsuz sahibkarlıq hallarına rast gəlinir:

“İstər qanunsuz sahibkarlıq olsun, istər dələduzluq insanlar mütləq polisə müraciət etməlidirlər ki, müvafiq araşdırma aparılsın və bu əməllərin qarşısı alınsın. Qanunla hər hansı əməl qadağan olunubsa, polisə məlumat vermək lazımdır. Ola bilər ki, şikayət olmasın və ya onlayn şəkildə təşkil olunan qumar oyunları barədə məlumat verilsin. Qanunsuzluqla məşğul şəxslər məsuliyyətə cəlb olunmalıdır.
İnternet üzərindən təşkil olunan qanunsuz qumar oyunlarında həm də kibercinayətkarlıq tərkibi var. Buna Dövlət Təhlükəsizlik Xidməti nəzarət edir. Çünki kibercinayətlərlə bağlı əsas resurslar DTX-da cəmlənib. Polisdə və ya Prokurorluqda bu cinayətlərin araşdırılması üçün ciddi resurslar yoxdur”.
Törə Zeynallı
Demokrat.az