Xankəndidəki partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

QARABAĞ 26 sentyabr 2023, 10:56
Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, hadisə sentyabrın 25-də axşam saatlarında baş verib.

Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib.

Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top