"Şuşada 27-dən çox abidə bərpa edilib" — İcraçı direktor

QARABAĞ 17 aprel 2025, 11:12
“Şuşada işğal dövründə abidələr vandalizmə məruz qalıb. Artıq 27-dən çox abidə bərpa edilib, digərlərinin isə bərpa prosesi davam edir. Şuşa “Qafqazın incisi” kimi tanınır və mədəniyyət paytaxtıdır”. 

Demokrat.az xəbər verir ki, bu fikirləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda çıxışı zamanı bildirib.

O əlavə edib ki, bir çox tanınmış şair və yazıçı bu şəhərdə doğulub:

“Şuşa tarixi olaraq məhəllə sistemi üzrə təşkil olunmuşdu – burada 17 məhəllə mövcud idi. Hər məhəllənin öz məscidi və meydanı var idi. Təəssüf ki, bu məscidlərin bir çoxu dağıdılıb və bəzilərinin yerlərini müəyyənləşdirmək belə mümkün deyil.

Azadlıqdan sonra ərazidə skanlama və tədqiqat işləri aparılıb. Həm yerli, həm də beynəlxalq mütəxəssislər cəlb olunub. Mütəxəssislər hər ay əraziyə səfər edir və bərpa işləri ilə bağlı rəy bildirirlər. Hazırda ICOMOS Azərbaycan ilə birgə bu bərpa prosesi ilə bağlı məlumat kitabçasının nəşri üzərində işləyirlər”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top