Emin Hüseynov: "Hadrutda yeni məscidimiz inşa olunur"

QARABAĞ 17 aprel 2025, 12:44
"Hadrutda yeni məscidimiz inşa olunur. Artıq tamamlama işləri gedir. Bizim onlarla məscidimiz acınacaqlı vəziyyətdədir. Erməni vandalları oğurlayıb talaya bilmədikləri məscidlərdə acıqlarını daşlardan çıxıblar".

Demokrat.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Ağdamın Qiyaslı məscidində tamamlama işləri gedir:

"Qiyaslı məscidi tamamilə dağıdılmışdı. Söhbət təkcə islam abidələrindən getmir. Digər dinlərə məxsus mədəniyyət abidələrimiz də vandalizmə məruz qalıblar. Həm Xocavənd, həm də Ağdərə rayonunda rus kilsələri dağıdılıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top