Cəlilabadda dəhşət: Sürücü yanaraq öldü — VİDEO

HADİSƏ 26 sen 2023, 08:49
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az
xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Alar kənd sakini 1991-ci il təvəllüdlü Elşən Cəlal oğlu Həbiyev idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes-Benz” yanıb, sürücü aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin texnikası cəlb olunub. Yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top