Şəhid olduğu deyilən yaralı XTQ zabitinin təxliyə görüntüsü — VİDEO

HƏRBİ 22 sentyabr 2023, 10:41
Salyanda şəhid olduğu barədə xəbəri gələn yaralı hərbçinin döyüş bölgəsində tapıldığı anların görünütləri yayılıb.

Demokrat.az
xəbər verir ki, görüntüləri hüquq müdafiəçisi Emil Məmmədov paylaşıb.

Görüntülərdə 3 günlük axtrışlardan sonra tapılmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayevin ərazidən təxliyyəsi əks olunub.

Qeyd edək ki, Qarabağda antiterror əməliyyatı zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev  3 günlük axtarışlardan sonra tapılıb. Zabitimiz ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.

Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapa bilməmişdilər.

Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə qız uşağının atasıdır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top