Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Müstəqillik Günü münasibətilə xalqı təbrik edərkən Qarabağın adını çəkməyib.
Demokrat.az xəbər verir ki, bu, hökumətin saytında dərc olunan təbrik mətnindən məlum olur.
Paşinyan qeyd edib ki, erməni xalqı ağır günlər yaşayır və sınaqlar Ermənistanın müstəqilliyi və suverenliyi uğrunda mübarizənin tərkib hissəsidir. Eyni zamanda, onun fikrincə, 1991-ci il referendumu müstəqilliyə gedən yolun ən asan hissəsi idi.
“Ermənistan xalqı sonradan iqtisadi və siyasi böhranlar, müharibələr və yoxsulluqla üzləşməli oldu. Məhz bu burulğanda sınaqlardan keçərək anladıq ki, müstəqilliyi elan etmək bir şeydir, onu möhkəmləndirmək isə tamam başqa”, – Baş nazir bildirib.