ABŞ-nin İranla əldə etdiyi məhbus mübadiləsi razılaşması çərçivəsində İranda saxlanılan 5 ABŞ vətəndaşı sərbəst buraxılıb.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-dəki Co Bayden administrasiyasının səlahiyyətliləri məlumat yayıb.
Bildirilib ki, razılaşma çərçivəsində 5 nəfər azad edilib və onlar təyyarə ilə yola salınıb.
Həmçinin, bu şəxslərin ilk olaraq Qətərin paytaxtı Dohaya sağlamlıq müayinəsi üçün gedəcəkləri qeyd edilib.
Sözügedən şəxslər sağlamlıq yoxlamalarından sonra ABŞ hökumət təyyarəsi ilə ölkələrinə qayıdacaq.
Aysu
Demokrat.az