"Apple" şirkəti Fransada radiasiya riski yaranmasından sonra "iPhone 12"ni yeniləmək qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Fransanın Rəqəmsallaşma və Telekommunikasiya naziri Cin Noel Barrot açıqlama verib.
O bildirib ki, "Apple" yaxın günlərdə ölkədə istifadəçilər üçün bir xidmət təqdim edəcək.
"Bununla da cihazın proqram təminatı yenilənəcək. Ona görə ki, Fransada həddindən artıq elektromaqnit şüalanma aşkar edildikdən sonra "iPhone 12" modelinin satışı dayandırılıb və istehsalçı şirkətə problemi həll etmək tapşırılıb. Şirkət bildirib ki, yeniləmə yalnız Fransadakı istifadəçilər üçün əlçatan olacaq".
Aysu
Demokrat.az