Həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 15 sentyabr 2023, 17:19
Naxçıvanda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Gündüz Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Faiq Heydərovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, hadisə Şərur rayonu Püsyan kəndi ərazisində baş verib. 1985-ci il təvəllüdlü Gündüz Nəcəfov həmkəndlisi 1992-ci il təvəllüdlü Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilir. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top