Almaniyanın neft idxalı 12 dəfə artıb

DÜNYA 13 sen 2023, 19:40
Almaniyanın Hindistandan neft idxalının məbləği ilin 7-ci ayında keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 12 dəfə artaraq 451 milyon avroya çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, Hindistanın Almaniyaya ixracı yanvar-iyul dövründə 1,7 faiz artaraq 8,7 milyarda çatıb.

Sözügedən məbləğin 451 milyon avrosu neft məhsullarının ixracına məxsusdur.

Ötən ilin yanvar-iyul aylarında Hindistandan 37 milyon avro dəyərində neft məhsulları idxal edən Almaniya bu ilin eyni dövründə idxalı təxminən 12 dəfə artırıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top