Moskvadan Azərbaycana gələn mikroavtobus ağır qəzaya düşdü – 2 ölü, 6 yaralı


DÜNYA 29 iyl 2019, 15:48

İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.az Trend-ə istinadən xəbər verir ki, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb.

 

Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb.

 

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlkn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.

 

Qəza M4 "Don” magsitralının 954-cü kilometrində baş verib. 

 



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top