Gürcüstan Keşikçidağa gedən yolun təmirinə başladı — 2 milyon dollar ayrıldı


DÜNYA 28 iyl 2019, 17:27

13,3 kilometrlik Saqareco-Udabno-David Qareci (Keşikçidağ) yolunun təmiri başlayıb.


Demokrat.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Regional inkişaf və infrastruktur nazirliyinin avromobil yolları departamenti yayıb.


“Təmir işləri Udabno kəndinin ərazisindən başlayır və David Qareci (Keşikçidağ) monastır kompleksinə qədər davam edəcək”, - məlumatda deyilir.


Xatırladaq ki, aprelin 25-də Gürcüstan tərəfi bildirmişdi ki, azərbaycanlı sərhədçilər Keşikçidağ kompleksinə gedən yolu bağlayıblar. Bu məlumatı şərh edərkən Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva demişdi ki, Azərbaycan hər zaman Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiyasının tərəfdarı olub.


İyulun 14-də Gürcüstan vətəndaşları Azərbaycan DSX-nun sərhəd naryadına qarşı qanunsuz hərəkətlərə yol veriblər. Bundan sonra Azərbaycan XİN Gürcüstanın Bakıdakı səfirindən izahat tələb edib.(Eurasia Diary)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top