Nizami rayonunda yolu keçən qadını avtomobil vurdu

HADİSƏ 09 sen 2023, 10:22
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, avtomobil Qara Qarayev prospektində yolu keçən 1987-ci il təvəllüdlü İsmayılova Aypara Səlim qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top