Özilə niyə hücum çəkiblər ? - Səfirdən açıqlama

DÜNYA 26 iyl 2019, 22:18

Xəbər verdiyimiz kimi, “Arsenal”ın furbolçusu Mesut Özilə Londonda bıçaqlı hücumun detalalrı məlum olub.

 

Motosikletli 2 nəfər ötən gün Özilin avtomobilinə hücum çəkib. Futbolçu dostu Sead Kolaşinasın müdaxiləsindən sonra bıçaqlı şəxslər hadisə yerindən qaçıb. Hadisənin soyğun məqsədilə törədildiyi ehtimal edilirdi.  

 

Türkiyənin Londondakı səfiri Ümid Yalçının açıqlamasına görə, hadisə Kolaşinasın yeni saatı üstündə baş verib. O bildirib ki, şübhəlilər əslində Kolaşinasın saatını ələ keçirməyə çalışıb.

Hazırda faktla bağlı araşdırma aparılır.(qafqazinfo)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top