Türkiyəli nazir TEXNOFEST-in yenidən Azərbaycanda keçirilməsi məsələsindən danışdı

İKT 02 sentyabr 2023, 10:12
“TEXNOFEST-in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar: “Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır”.

M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də TEXNOFEST-in təşkilində maraqlıdırlar.

Qeyd edək ki, TEXNOFEST 2022-ci ildə Bakıda təşkil olunub. "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top