Azərbaycanda ömürlük cəza almış Çingiz Əmirhəmzə oğlu Paşayev məhkəməyə müraciət edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Çingiz Paşayev Qaradağ rayon Məhkəməsində ünvanladığı müraciətində üzərində olan ömürlük azadlıqdan məhrum etmə cəzasının götürülməsini istəyib.
Müraciət araşdırılması üçün hakim Rufan Mürsəlovun icraatına verilib.
Məhkəmə baxışı sentyabrın 8-nə təyin olunub.
Qeyd edək ki, 31 ildir məhkumluq həyatı yaşayan Çingiz Paşayev 2019-cu ildə də eyni tələblə məhkəməyə müraciət etmişdi. Həmin dövrdə onun iddiası təmin olunmamışdı.
Istintaq materiallarına görə, Çingiz Paşayev 1992-95-ci illərdə cinayətkar qrupun tərkibində fəaliyyət göstərib.
Mütəşəkkil dəstənin üzvləri Azərbaycanda 1992-ci ildə Pivə zavodunun direktorunu qətlə yetiriblər. O zaman qətli Pivə zavodunun direktor müavini sifariş verib. O, dəstə üzvlərinə deyib ki, 50 min manat pul verirəm, müdiri öldürün.
Həmçinin məlum olub ki, mütəşəkkil dəstə üzvləri Rusiyada və Gürcüstanda çoxsaylı quldurluq cinayətləri törətdikləri üçün həbs olunublar.
Mütəşəkkil dəstənin üzvləri həbs olunandan sonra Azərbaycanda pivə zavodu direktorunun ölümü və bir çox başqa cinayətlərin üstü açılıb. Bundan sonra Çingiz Paşayev Azərbaycanda həbs edilib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ildə ölüm hökmünü ömürlük cəza ilə əvəz edən sərəncam imzalayıb və Çingiz Paşayevə verilən cəzada ömürlük cəza ilə əvəz edilib.
Fariz Məlikli
Demokrat.az