“WhatsApp”a göndərilən videoların keyfiyyəti ilə bağlı yenilik gəldi

İKT 26 avqust 2023, 12:00
“WhatsApp” istifadəçiləri videoları yüksək keyfiyyətlə göndərə biləcəklər.

Bu barədə “9To5Mac” portalında elan edilib.

Məqalə müəllifləri izah ediblər ki, əvvəllər mesencerdə videolar avtomatik olaraq 480p təsvir ölçüsünə sıxılırdı, yəni təsvirin keyfiyyəti azalırdı. Yeni funksiya ilə istifadəçilər video yükləməzdən əvvəl standart və yüksək keyfiyyət arasında seçim edə biləcəklər.

“Əgər siz “HD Quality” funksiyasından istifadə etsəniz, video 720p ölçüsündə göndəriləcək. Bu, hələ də 1080p və ya 4K-dan çox aşağıdır, lakin görüntü keyfiyyəti daha məqbul olacaq”, - deyə onlar bildiriblər.

Yeniləmələr tətbiqin “Android” və “iOS” cihazları üçün ən son versiyasında mövcuddur.//Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top