Ermənilər Naxçıvan üzərində uçuşa cəhd edib

HƏRBİ 25 avq 2023, 15:44
Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib”, - MN bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top