Bakıda 22 yaşlı gənc bıçaqlandı

HADİSƏ 20 avq 2023, 09:10
Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

Demokrat.az xəbər verir ki, mübahisə zəminində bıçaqlanan 2001-ci il təvəllüdlü Məmmədyarov Sabir Cavad oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top