Azərbaycanda “WhatsApp” hesablarının bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA — YENİLƏNİB (VİDEO)

SOSİAL MEDİA 18 avqust 2023, 15:49
Azərbaycanda “WhatsApp” hesablarının kütləvi bağlanması və bloklanması ilə bağlı məsələyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən münasibət bildirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd edilən məsələ ilə bağlı araşdırmalar aparılır:

“Müraciətinizlə bağlı bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar Elektron Təhlükəsizlik Xidmətində araşdırmalar aparılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.

Həmçinin, vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir”.

Təlimatla aşağıdakı videodan tanış olmaq mümkündür:



“Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür”.

Demokrat.az
bildirir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.

O, hesabları açmaq üçün kodların nömrəyə gəlmədiyini bildirib.

“Yəni iki mərhələli təsdiqləmə işləmir. Hazırda problemin tək Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. “WhatsApp”la əlaqədəyik, normal açıqlama vermirlər. Ölkədə nəsə baş verir. Təcili məsələ araşdırılmalıdır”, -  Pərdəşünas əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top