Mbappe PSJ-nin əsas heyətinə qayıtdı

İDMAN 13 avq 2023, 16:00
PSJ-nin hücumçusu Kilian Mbappe əsas komanda ilə məşqlərə qayıdıb. 

Demokrat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano "Twitter"də məlumat verib.

Romano PSJ-nin sözçüsündən sitat gətirib: "Loryan"la oyundan əvvəl PSJ və Kilian Mbappe arasında çox konstruktiv və müsbət danışıqlardan sonra oyunçu bu səhər əsas komandanın məşq heyətinə bərpa edildi".

Bu arada PSJ-nin Mbappe ilə 2025-ci ilədək müqavilə imzalamat istədiyi bildirilir.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid”lə müqavilə imzaladığını bildirib. Bu səbəbdən Mbappe PSJ-nin əsas komandasının məşqlərindən kənarlaşdırılımışdı.

Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.//Qaynarinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top