Mübariz Qurbanlı jurnalistlərin pulunu niyə ödəmir? — "Artıq bankda deyirlər ki, komitə jurnalistlərlə məzələnib"

MEDİA 11 avq 2023, 14:28
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında keçirdiyi “Media və dini təhlükəsizlik” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlarını hələ də verməyib.

Demokrat.az xəbər verir ki, bu barədə Mia.az-ı qalib jurnalistlərdən biri məlumatlandırıb. 

Onun sözlərinə görə, komitənin 7 iyun 2023-cü ilə elan etdiyi və 19 iyil 2023-cü ildə, yəni Mətbuat Gününə 3 gün qalmış açıqladığı nəticələrə əsasən, yer tutub: 

"Həmin tədbirdə xeyli tanınmış media mənsubu da dəvət olunmuşdu. Orada qaliblər və həvəsləndirici yer qazananlara diplomlar verildi, pul mükafatlarının isə bir neçə günə hesablarmıza ödəniləcəyini dedilər. Lakin aradan təxminən bir aya yaxın vaxt ötüb, Mübariz Qurbanlı jurnalistlərin mükafatlarını müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Gah problemi bankın üstə atırlar, gah da komitənin mühasiblərinin üzərinə. Artıq hesablarımızı öyrənmək üçün üz tutduğumuz bank işçiləri bizə gülürlər. Açıq deyirlər ki, komitə jurnalistlərlə məzələnir...".

Məsələ ilə bağlı komitədən mövqe öyrənmək mümkün olmayıb. Ancaq qalib olan daha bir neçə jurnalist də deyilənləri təsdiqləyıb.

Xatırladaq ki, M.Qurbanlının sədri olduğu komitə Mətbuat Günü ilə bağlı jurnalistlər arasında keçirilən müsabiqənin mükafat fondunu belə açıqlamışdı:

I yer - 1 nəfər - 1000 manat

II yer - 2 nəfər - 800 manat

III yer - 3 nəfər - 600 manat

Həvəsləndirici mükafat - 9 nəfər - 200 manat.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top