İmişli rayonunda 2000-ci il təvəllüdlü Xəyal Surxayev borc üstündə yaranan münaqişə zamanı 1994-ci il təvəllüdlü İlkin Hüseynovu qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi ötən ilin dekabrın 2-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Xəyal Surxayev şəxsi münasibətlər zəminində həmyerlisi 1994-ci il təvəllüdlü İlkin Hüseynovu bıçaqla qətlə yetirib.
Hadisəni törədən Xəyal Surxayevin barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, İlkin onunla qonşuluqda yaşayıb, aralarında heç bir ədavət və düşmənçilik olmayıb: “2022-ci ilin noyabr ayının ortalarında “İphone 5S” markalı mobil telefonumu satmaq istədim. Həmin vaxt binanın qarşısında olan zaman İlkin də orada idi. İlkinin öz telefonu xarab olduğundan telefonu ona satmağımı dedi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 19-da, günorta saatlarında İlkinlə yenə binanın qarşısında görüşüblər:
“Bu zaman İlkin telefonu almaq qərarına gəldiyini dedi və 120 manat qarşılığında razılaşdıq. İlkin telefonu verməyimi, atası İlqar Türkiyədən gecə Gəncəyə gələcəyini, İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə gələn kimi pulunu verəcəyini dedi. Mən də razılaşdım. Mobil telefonunu format etdikdən sonra həmin gün saat 23 radələrində yenə binanın qarşısında görüşdük və İlkinlə birlikdə onların evinə getdik. İlkin də növbəti gün səhər saatlarında Gəncəyə gedərək atası ilə birlikdə qayıdan kimi 100 manat pulu verəcəyini, yerdə qalan 20 manat pulu da təxminən 3-4 gün ərzində pensiya alandan sonra verəcəyini dedi. Mən də razılaşaraq evimə getdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 21-də, saat 11-12 radələrində binanın qarşısında İlkinlə görüşüb, tanımadığı taksi ilə İmişli şəhərinə gəliblər:
“İlkin bazarın içərisində tanımadığım bir şəxsə dollar xırdaladı. Həmin puldan 100 manat mənə verdi. Təxminən 3-4 günə pensiya yüklənən kimi 20 manat pulumu verəcəyini bildirdi. Mən isə heç nə demədim. Noyabrın 27-də İlkin 20 manat pulumu vermədi. Həmin vaxtadək heç mən də pulu istəmədim. Noyabrın 27-də saat 16-17 radələrində binanın qarşısında küçədə olan zaman 20 manat pulumu istədim. İlkin də pensiyanın yüklənmədiyini, yüklənən kimi verəcəyini dedi. Mən də heçnə demədim”.
Xəyal bildirib ki, dekabrın 2-dək İlkinlə bir-birilərini binanın qarşısında görsələr də, ondan pulunu istəməyib, İlkin də heçnə deməyib: “Həmin müddət ərzində telefonsuz qalmışam. Dekabrın 2-də, saat 19 radələrində nənəm Minarənin nömrəsi ilə İlkinə zəng vuraraq pulumu nə vaxt verəcəyini soruşdum. İlkin də mənə “satdığın telefonun “İcloud”u yoxdur, onu açdırmaq üçün 40 manat ustaya pul vermişəm, pul batdı getdi, sənə nə pul verəcəm” deyə cavab verdi. Mən pula ehtiyacım olduğunu desəm də, İlkin sözlərini təkrarladı, pulu qaytarmayacağını deyərək telefonu söndürdü. Nənəmin mobil nömrəsi ilə İlkinə 2-3 dəfə zəng vursam da, İlkin telefonu açmadı. Daha sonra yenə nənəmin nömrəsi ilə zəng vuran zaman İlkin telefonu açaraq “mən nə hayda, sən nə hayda, nə beynimi xarab edirsən” dedi. Ancaq nə hayda olduğunu demədi. Mən yenə ehtiyacım olduğunu dedim, pulu verməsini istədim. İlkin sözümü axıra kimi deməyə imkan verməyərək telefonu söndürdü. Mən yenə bir neçə dəfə zəng vursam da, İlkin telefonu açmadı. Mən də İlkinin atası İlqara zəng etdim. Ona dedim ki, oğlun İlkinə zəng vururam, telefonu açmır, İlkinə satdığım telefona görə 20 manat pul borcludur, İlkin noyabrın 22-si 25-i arası pulu verəcəyini demişdi, ancaq vermir, bu kişiliyə, oğlanlığa sığan hərəkət deyil. İlqar da telefonda bildirdi ki, arvaddı, kişidi, nədi, zəng vur özünə de. Sonra telefonu söndürdü”.
Xəyalın ifadəsinə görə, təxminən 5 dəqiqə sonra İlkin öz nömrəsi ilə onun nənəsinin telefonuna zəng vurub: “İlkin “atama zəng edib nə demisən, mənim kişiliyimə şübhən var” dedi. Mən də ona “mən sənin atana nə demişəm, kişiliyə yaraşan hərəkət olmadığını demişəm” deyə cavab verdim. Bundan sonra İlkindən borclu qaldığı 20 manat pulu istədim. İlkin də telefonda məni söyərək pulu verməyəcəyini bildirdi. Sonra isə “nə deyirsən e, düş aşağı peysər” dedi. İlkinin son söyüşündən sonra özümdən çıxaraq əsəbi olduğum üçün öz yataq otağıma keçdim. Paltar şkafında olan qatlanan bıçağı götürərək cibimə qoydum. Qapıdan çıxanda bıçağın tiyəsini açıb sol əlimdə tutaraq həyətə düşdüm. İlkinlə danışanda ailə üzvləri əsəbiləşdiyimi və bıçağı götürüb həyətə düşdüyümü gördüklərinə görə nənəm Minarə arxamca gəldi. Bıçağı sol əlimdə tutub həyətə düşə-düşə qışqıraraq İlkini səslədim. İlkinin evinə tərəf gedərkən yolun yarısında onunla rastlaşdım. İlkinlə üzbəüz gələndə nənəm Minara arxadan əl atıb məni saxlamaq istədi. Ancaq həmin vaxt nənəmi əlim ilə itələdim. İlkin üzərimə gələ-gələ ona “qudurmusan, küçük?” dedim. Telefonda söydüyü söyüşlərə görə üzbəüz gələn kimi sol əlimdəki bıçaqla İlkinə zərbə endirdim. Ətraf qaranlıq olduğu üçün bıçağın hansı nahiyəyə girdiyini bilmədim. Bıçaqla bir dəfə zərbə vurduqdan sonra İlkin çevrilib öz darvazalarına tərəf qaçaraq darvazalarına keçdi. Mən də əlimdə bıçaq İlkinin arxasınca qaçaraq çatdım. Bu zaman İlkin mənə tərəf çönərək yumruqla vurmaq istəyən zaman bıçaqla bir neçə dəfə zərbə vurdum. Ancaq İlkinin söyüşünə görə özümdən çıxdığım üçün dəqiq olaraq bıçaqla onun hansı nahiyələrinə, neçə zərbə vurduğumu xatırlamıram. Bıçaqla bir neçə zərbə vurduqdan sonra İlkin küçənin ortasında beli üstə yerə yıxıldı. Onun yıxıldığını görüb bıçağı yerə atdım, geriyə dönən zaman İlkingilin binasının qarşısında nənəm Minarə ilə rastlaşdım. Nənəmə İlkini bıçaqla vurduğumu dedim. Həmin vaxt ailə üzvlərim də binanın qarşısında olublar. Səs-küyə qonum-qonşu da çölə çıxdı. Mən də qaçıb evə getdım. Təxminən 10-15 dəqiqə sonra nənəm evə gələrək İlkini kiminsə maşınına qoyub xəstəxanaya apardıqlarını dedi. Dayım da evə gəldi. Hadisədən təxminən 15 dəqiqə sonra dayım Natiq və nənəm Minarə ilə birlikdə yol taksisi ilə İmişli rayon polis şöbəsinə gələrək İlkini bıçaqladığımı dedim. Polis şöbəsinə gələn zaman İlkinin öldüyünü bilməmişəm. İlkinin öldüyünü şöbədə eşitdim. İlkini öldürdüyümə görə əməlimdən peşman olmuşam”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Xəyal 13 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az