Kanadanın baş naziri həyat yoldaşından ayrıldı

DÜNYA 03 avq 2023, 14:10
Kanadanın baş naziri Castin Trüdo 18 illik həyat yoldaşı Sofi Qrequar Trüdo ilə ayrılıb.

Demokrat.az
xəbər verir ki, nazir, bu barədə öz "instagram" hesabında açıqlama verib. 

O bildirib ki, boşanmağa həyat yoldaşı Sofi ilə birgə qərar verib: 

"Uzun müddət davam edən danışıqlardan sonra münasibətimizi sonlandırmağa qərar verdik. Həmişə olduğu kimi, bir-birimizə və birlikdə qurduğumuz hər şeyə dərin sevgi və hörmətlə yanaşan ailə olaraq qalacağıq. Hər kəsdən şəxsi həyatımıza və uşaqlarımıza hörmət etməsini xahiş edirik".

Xatırladaq ki, cütlük 2005-ci ildə Monrealda evlənib və onların üç övladı var.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top