Hacıqabul rayonunda 1982-ci il təvəllüdlü Ayaz keçmiş həyat yoldaşı Lətafəti (adlar şərti verilib – red.) təhqir edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Lətafətin Hacıqabul rayon polis şöbəsinə etdiyi şikayət əsasında Ayazın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ayaz elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, Hacıqabul rayonu Nəvahi kəndində yaşayır:
“Lətafət mənim keçmiş həyat yoldaşımdır. Bizim aramızda bəzən mübahisələrimiz olur. Hadisə günü, saat 15.55-də Lətafət işığı düzəltmək üçün məni evə çağırdı. Həmin vaxt bizim aramızda hər hansı mübahisə olmadı. Lətafəti söyüb təhqir etmədim”.
İş üzrə zərərçəkmiş Lətafətin sözlərinə görə, keçmiş həyat yoldaşı Ayaz ilə aralarında hər dəfə aliment üstündə mübahisəsləri olur:
“Hadisə baş verən günü, saat 15.55-də Ayaz yaşadığım evə gelərək azyaşlı uşaqlarımın gözü qarşısında məni nalayiq ifadələrlə söyüb təhqir etdi. Bu hərəkətlərinə görə onu bağışlamıram”.
Hacıqabul rayon Məhkəməsinin qərarı ilə Ayaz 100 manat məbləğində cərimə olunub.
Fariz Məlikli
Demokrat.az