“Veysəloğlu”nun işi məhkəmədə araşdırılacaq

HADİSƏ 31 iyl 2023, 12:05
“Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

Pravda.az-ın xəbərinə görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Sənəd baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Mətanət Hacıyevanın icraatındadır.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top