2023-cü ilin oktyabr ayından “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək.
Bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bu qərar hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, onlara göstərilən xidmətin keyfiyyətini artıracaq.
Aviaşirkət vətəndaşları maraqlandıran məqama da aydınlıq gətirib. Belə ki, “Buta Airways”ə məxsus bütün reyslər hazırda mövcud olan eyni sərfəli qiymətlərlə uçuşlar həyata keçirəcək. “Buta Budget” baqajsız tarifi yenidən tətbiq ediləcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq.
Aviaşirkətlərlə bağlı edilmiş yeni dəyişikliklə əlaqədar Demokrat.az-a açıqlama verən turizm eksperti Əziz Şiriyev deyib ki, hər bir ölkənin ana hava yolları var. Bizdə də bu, Azərbaycan Hava Yollarıdır:
“Bundan əlavə aşağı büdcəli – “low-cost” şirkətlər də olmalıdır ki, hər kəs imkanına uyğun bilet əldə edə bilsin. Təbii ki, AZAL-da olan imkanlar Buta aviaşirkətində yoxdur. AZAL-ın təyyarələri daha geniş və komfortludur, uçuş zamanı yemək çeşidləri var. Bu da bilet qiymətlərində öz sözünü deyir. Bir qisim insana isə sadəcə gedəcəkləri yerə sərfəli qiymətə çatmaları önəmlidir, ona görə də Buta-ya üstünlük verirdilər”.
Ekspertin sözlərinə görə, bu dəyişiklik ucuz biletlərin satışına son qoyulması demək deyil:
“Düşünürəm ki, AZAL və Buta-nın vahid ad altında birləşməsi çox şeyi dəyişdirməyəcək. Aşağı büdcəli bilet tarifləri yenə olacaq. Eyni qiymətlər olacaqdısa, niyə fərqli adlarda iki aviaşirkət olsun ki?! Sadəcə idarəçilik bir yerdə cəmlənəcək. Qiymətlər hər təbəqənin imkanına uyğun təyin edilməlidir, hər ölkədə olduğu kimi ucuz biletlər də olmalıdır. Komfortuna önəm verən yenə də bahalı biletlə səfər edəcək”.
Törə Zeynallı
Demokrat.az