Qardaş qardaşı yatdığı yerdə öldürdü

KRİMİNAL 27 iyl 2023, 16:22
Türkiyədə 41 yaşlı şəxs qardaşını yatdığı yerdə güllələyərək öldürüb. 

Demokrat.az
xəbər verir ki, hadisə Türkiyənin Qaziantep vilayətində yerli vaxtla saat 04:00 radələrində baş verib.

Psixoloji problemləri olduğu iddia edilən şəxs naməlum səbəbdən qardaşını güllələyib.

Hadisə yerinə çoxlu sayda polis və həkim qrupları gəlib. 

İlkin baxış zamanı yaralının hadisə yerində öldüyü məlum olub. 

Hücum edən şəxs polis tərəfindən saxlanılıb. 

Araşdırmalar davam etdirilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top