Avtomobil mikroavtobusa çırpıldı — Ölənlər və yaralananlar var

HADİSƏ 26 iyl 2023, 18:28
Türkiyənin Tokat vilayətində avtomobilin mikroavtobusa çırpılması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb. 

Bildirilib ki, qəza yerli vaxtla saat 14:00 radələrində baş verib. 

İdarəetmədən çıxan minik avtomobili mikroavtobusa çırpılaraq əkin ərazisinə aşıb.

Qəzada avtomobilin sürücüsü və həyat yoldaşı dünyasını dəyişib. Avtomobildə olan digər 2 nəfər və qəza ərasizindəki 2 işçi isə yaralanıb. 

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top