Azərbaycanla Türkiyənin hər bir sahədə münasibəti ən yüksək səviyyədədir.
Demokrat.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türk Şəhidliyi abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"Türkiyə, Azərbaycan və Şimali Kipr “bir millət, üç dövlət” anlayışı ilə hərəkət edən yaxın ölkələrdir. Türkiyənin Aralıq dənizinin Şərqində Şimali Kiprə verdiyi əhəmiyyət Cənubi Qafqazda da Azərbaycana verdiyi əhəmiyyət qədər önəmlidir. Ümid edirəm ki, Azərbaycan ziyarətimiz Türkiyə-Azərbaycan əlaqələrinə töhfə verəcək", - sədr əlavə edib.
Numan Kurtulmuş qeyd edib ki, Cənubi Qafqazda Azərbaycanın güclü olması Türkiyənin bölgəsində güclü olması deməkdir:
"Eynilə Şimali Kipr üçün də bunu deyə bilərik".