Bu ölkədə güclü istilərlə bağlı əhaliyə xəbərdarlıq — 40 dərəcəyə çatır

DÜNYA 07 iyl 2023, 20:05
Tayvanın Meteorologiya Bürosu ölkə daxilində temperaturun 38 dərəcəni keçdiyi üçün əhaliyə xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, Tayvan Meteorologiya Bürosu (CWB) ölkə ərazisində temperaturun 40 dərəcə Selsiyə çatacağını açıqlayıb.

Tayvan Səhiyyə Nazirliyindən verilən açıqlamada isə, son bir həftədə 160 nəfərin isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirildiyi bildirilib. 

İstilər səbəbindən Tayvanın Meteorologiya Bürosu ictimaiyyətə bol su içməyi, günəşdən qoruyucu vasitələrdən istifadə etməyi və qoruyucu geyim geyinməyi tövsiyə edib.

Eyni zamanda yaşlılara, ürək xəstələrinə və uşaqlara günorta saatlarında küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top