Tanınmış aparıcının bacısı DANIŞDI: “Xəstəlik bütün orqanlara yayılıb”

GÜNDƏM 06 iyul 2023, 22:07
“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib”.

Bunu müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşən və reanimasiyaya yerləşdirilən tanınmış aparıcı Natavan Babayevanın bacısı “Yeniçag”a açıqlamasında bildirib.

O, müayinələrin davam etdiyini deyib:

“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Bacım onkoloji xəstəliklə mübarizə aparır. Süd vəzisində başlanan xəstəlik artıq ağırlaşıb, digər orqanlara yayılıb.
Hələ dəqiq proqnoz verilmir. Türkiyəyə gedəcəyimizlə bağlı bir söz deyə bilmərəm. Çünki müayinə, məsləhətləşmə olacaq. Bundan sonra dəqiq bir söz deyə bilərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 09:14
09 oktyabr 2024, 08:46
Top