Səfir: "Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur"

QARABAĞ 05 iyl 2023, 22:20
Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur.

Demokrat.az
xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev tviterdə bildirib.

Haaqada Aİ-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair maraqlı konfransda iştirakından məmnun olduğunu bildirən səfir deyib ki, Avropa İttifaqı regionumuzda yeni reallıqları qəbul etməlidir, qeyri-müəyyənlik dövrü arxada qalıb.

Səfir qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycanın digər vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top