Hakan Fidan israilli həmkarı ilə DANIŞDI

SİYASƏT 16 iyun 2023, 16:25
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub. 

Demokrat.az
xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata əsasən, bu gün tərəflər telefon danışığı zamanı müzakirələr aparıblar. 

Danışıq zamanı Hakan Fidan zəlzələ zamanı göndərilən yardım heyətinə görə israilli həmkarına təşəkkür edib. 

İki nazir münasibətlərin yaxşılaşdırılması və ikitərəfli ticarətin artırılması yollarını müzakirə ediblər. 

Öz növbəsində Eli Kohen Türkiyə-İsrail əlaqələrinin regionda sülh və sabitlik üçün vacib olduğunu bildirib. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top