S&P: “Azərbaycanın qaz sektoru üçün perspektivlər əlverişlidir”

SƏNAYE VƏ ENERGETİKA 10 iyn 2023, 14:30
“Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində Azərbaycanda təbii qaz hasilatı 2026-cı ilə qədər ümumilikdə 7% artacaq”.

Demokrat.az
xəbər verir ki, neftdən fərqli olaraq, Azərbaycanda qaz sektorunun perspektivləri daha əlverişlidir.

“Yeni “Şahdəniz-2” qaz yatağında hasilata 2018-ci ildə başlanılıb, qazın müvafiq olaraq Türkiyə və Avropaya nəql edildiyi iki əlaqəli boru kəməri - Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri uyğun olaraq 2019 və 2020-ci illərdə istifadəyə verilib. Hesablamalarımıza görə, 2017-2022-ci illər arasında Azərbaycanın qaz hasilatı 90% artaraq 34 milyard kubmetrə çatıb. Bununla belə, hasilatdakı bu son artımla belə, biz qaz ixracının Azərbaycan iqtisadiyyatında neftlə müqayisədə nisbətən cüzi rol oynayacağını gözləyirik və bu, çətin ki, neft hasilatındakı azalmanı tam kompensasiya edə bilsin. Həmçinin qeyd edirik ki, Avropa qazının qiymətləri 2022-ci ilin II yarısında müşahidə olunan yüksək göstəricilərdən sonra əhəmiyyətli dərəcədə aşağı düşüb”, - agentlik qeyd edir.

“S&P" analitiklərinin fikrincə, Cənubi Qafqazın əsas qaz kəməri tam gücü ilə işləyir, ona görə də gələcəkdə istənilən əlavə xalis qaz ixracı, o cümlədən Avropaya ixrac boru kəməri infrastrukturunun daha da genişləndirilməsini tələb edəcək.

“Azərbaycan OPEC+ ölkələri qrupunun üzvü olaraq qalır və buna görə də 2024-cü il üçün gündəlik 0,55 milyon barel xam neft hasilatı üzrə ən son kvotaya tabedir. Bununla belə, onun faktiki xam neft hasilatı (OPEC+ kvotasının tətbiq olunmadığı mayeləşdirilmiş təbii qaz istisna olmaqla) struktur hasilat məhdudiyyətləri səbəbindən indiyədək 2023-cü ildə gündəlik orta hesabla 0,52 milyon barel təşkil edib.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top