Taxta avtomobil rekord qiymətə satıldı — FOTOLAR

AVTO 05 iyn 2023, 18:00
Fransada ağacdan hazırlanan "Citroen 2CV" model avtomobil 210 min avroya satılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, Fransada dülgər Mişel Robilyarın taxtadan hazırladığı avtomobil dünən Tur şəhərində keçirilən hərracda nümayiş etdirilib.

İlkin dəyəri 150-200 min avro olaraq təyin olunan avtomobili Parisli bir kolleksiyaçı 210 min avroya alıb.

Xatırladaq ki, avtomobilin hazırlanmasına 2011-ci ildə başlanılıb və işlər 5 il ərzində yekunlaşdırılıb.





Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top