Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

SOSİAL 05 iyn 2023, 12:33
Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq.

Demokrat.az
xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına formalar aldıqları üçün məcburi edilməmişdi:

"Formaların olub-olmayacağını məktəblərin pedaqoji şurları müəyyən edir. Məktəb yığışıb deyə bilər ki, forma istəmirik. Bu, mümkündür. Burada heç bir məcburiyyət olmayacaq". (apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top