Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri dəyişir

İQTİSADİYYAT 05 iyn 2023, 11:55
İyulun 1-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın (Sarah Michael) səlahiyyət müddəti başa çatacaq.

Demokrat.az
xəbər verir ki, onu Ştefani Ştalmeyster (Stefanie Stallmeister) əvəz edəcək.

Yeni ölkə meneceri bu təyinata qədər Dünya Bankının Vyetnam, Şərqi Asiya və Sakit Okean üzrə əməliyyat menecer olub.

S.Maykl isə bundan sonrakı fəaliyyətini Dünya Bankının Vaşinqtondakı mərkəzi qərargahında Orta Şərq və Şimali Afrika (MENA) regionu üzrə səlahiyyətli şəxs kimi davam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top