Şəmkirdə ata qızını bıçaqlayıb, sonra intihar edib — YENİLƏNİB

HADİSƏ 03 iyn 2023, 12:52

İyunun 3-də Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü Rəna Cəfərovanın yaşadığı evdə xəsarət alması və 1941-ci il təvəllüdlü atası Sərdar Cəfərovun intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Sərdar Cəfərovun ailə münaqişəsi zəminində yaşadığı evdə qızı Rəna Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Zərərçəkmiş Rəna Cəfərovanın vəziyyəti qənaətbəxşdir.


11:38

Şəmkirdə ata qızını bıçaqlayıb, sonra isə intihar edib.

Demokrat.az
xəbər verir ki, hadisə şəhərin 5-ci küçə ərazisində qeydə alınıb.

1940-ci il təvəllüdlü Sərdar Cəfərov qızı Rəna Cəfərovanı bıçaqlayıb. Daha sonra isə intihar edib.

Yaralı xəstəxanaya aparılıb.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top