Yeni “Volqa” avtomobilləri istehsala başlayır — FOTOLAR

AVTO 02 iyn 2023, 09:00
Qorki Avtomobil Zavodu (QAZ) tərəfindən 2024-cü ildə “Volqa” brendi altında istehsala başlayacağı avtomobillərin ilkin görüntüləri yayılıb.

Demokrat.az
xəbər verir ki, yeni “Volqa” avtomobillərinin görüntüləri rusiyalı sosial şəbəkə istifadəçiləri tərəfindən internetdə paylaşılıb.

Qeyd edək ki, Qorki Avtomobil Zavodu (QAZ) yeni “Volqa” avtomobilıərinin istehsalı üçün tərəfdaşlarla danışıqlar aparır.

Bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov məlumat verib.

O qeyd edib ki, ölkədən gedən “Volkswagen”in  boş qalan yerini tutmaq üçün yeni texnologiya tərəfdaşının dəstəyi ilə 2024-cü ildə istehsala başlamağı planlaşdırırlar. 

Şirkət potensial investorlarla danışıqlar aparır: “Həmkarlar deyirlər ki, yeni modelin mənimsənilməsi təxminən 8-9 ay çəkir. Ancaq biz əlavə olaraq daha bir neçə ayı ehtiyat olaraq  götürürük. Yaxın gələcəkdə tərəfdaş haqqında qərar qəbul etmək planlaşdırılır. Düşünürəm ki, gələn yaya qədər bbu baş tutacaq”.

Manturov 2022-ci ilin yayında “Volqa” və “Pobeda” avtomobil markalarının dirçəldilməsi planlarını açıqlayıb. Layihənin Nijni Novqorod və digər regionlarda həyata keçirilə biləcəyini bildirib.

2022-ci ildə Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin bildirib ki, QAZ avtomobil istehsalını canlandıra bilər. O, şirkətin Volqa brendi altında avtomobillər istehsal edəcəyinə ümid etdiyini vurğulayıb.


Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top