Qusar rayonunda 1998-ci il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı xalasının həyat yoldaşı Nəsirə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 3-də baş verib.
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Nəsir onun xalasının əri olsa da, son vaxtlar aralarında soyuqluq yaranıb:
“Buna səbəb isə Nəsrin mənə saqqal saxlamağım ilə bağlı bildirdikləri iradlar olub. Fevralın 3-də mobil telefonla Nəsirlə danışarkən məni yenə təhqir etdi. Bu səbəbdən də həmin gün saat 20 radələrində Nəsirin yaşadığı evin həyətində onunla rastlaşdıqda onu yumruqla vurdum”.
Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Əhmədin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az