KİV: “Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək”

REGİON 31 may 2023, 18:17
Bu yaxınlarda yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan iyunun 1-də Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə “Politico” sammitin hazırlanmasında iştirak edən üç rəsmi şəxsə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini iyunun 2-də elan etməlidir, andiçmə mərasimi isə növbəti günə planlaşdırılıb.

Avropa Siyasi Birliyinin sammitinə Avropa İttifaqının 27 ölkəsi, Böyük Britaniya, Türkiyə və Qərbi Balkan regionunun 6 ölkəsi daxil olmaqla, 40 Avropa ölkəsinin liderləri dəvət olunub.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top