Türkiyənin vitse-prezidenti: "Bu gün yeni tarixin başlanğıc günüdür”

REGİON 28 may 2023, 13:57
"Bu gün Türkiyənin yerləşdiyi regionun və dünyanın sabitliyinə yenidən töhfə verə biləcəyi başlanğıc tarixidir”.

Demokrat.az
xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay mayın 28-də prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, arxayınlaşmaq olmaz: “Xüsusi vurğuladığımız məsələlərdən biri də zəfər sərxoşluğudur. İlk tura nisbətən indi proses daha sürətli davam edir. Ümid edirəm ki, seçici fəallığı da yüksək olacaq”.

F.Oktay seçiciləri səsvermədə fəal iştiraka çağırıb: “Bu, bizim vətəndaşlıq borcumuzdur. Çünki qarşıda uzun 5 il var. Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıram".//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top