"Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir"

GÜNDƏM 25 may 2023, 18:42
Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının geniştərkibli iclasında çıxışında bildirib.

Putin qeyd edib ki, dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.

"Bütün MDB ölkələri Birlik ərazisindəki münaqişələrin, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır", - deyə Rusiya Prezidenti vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
15 apr 2024, 22:46
Top