Politoloq: "Paşinyan erməniləri reallıqla barışmağa hazırlayır"

XARİCİ SİYASƏT 25 may 2023, 16:29
"2020-ci il 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanın mövqeyində ciddi şəkildə dəyişikliləri müşahidə edirik. Bu dəyişiklilər uzun illər erməni xalqının şüuruna zorən yeridilmiş yalanların təkzib edilməsinə yönəlib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Mütəllim Rəhimli deyib. 

Analitik bildirib ki, əslində, Ermənistan hakimiyyətinin birdən-birə işğal etdiyi torpaqlardan imtina etməsi və onu Azərbaycanın ərazisi kimi tanıması xalqla hakimiyyət arasında barışmaz mühit yaratmalı idi:

"Görünən odur ki, Paşinyan hökuməti erməniləri reallıqla barışmağa hazırlayır. Ona görə də biz 3 il ərzində Paşinyanın səsləndirdiyi bəyanatlarda əhəmiyyətli fərqlər görürük. 

Amma bununla yanaşı, Paşinyanın ölkəmizin ərazi bütövlüyünü tanımasını bəyan etməsinə baxmayaraq, bunu hüquqi müstəvidə, dövlət səviyyəsində və əlavə konfliktlərə səbəb olmayacaq şəkildə etməməsi çoxsaylı suallar doğurur. 

Paşinyan erməni xalqının istəyini indiki vəziyyətdə tamamilə ifadə edə bilmir. Onun istəkləri ilə ermənilərin arzuları arasında kəskin fərqlər olduğu görünür. Ermənistan hakimiyyətindən başqa erməni xalqı da məğlubiyyəti və reallığı qəbul etməlidir. 
Düşünürəm ki, sülh prosesini yubadan amillər içərisində ictimai rəy daha çox təsirlidir, nəinki Paşinyanın çıxışları. Ermənilər bütövlükdə ərazi iddialarından imtina etməlidirlər ki, davamlı sülhə nail olunsun".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top