“Türk Evi”nə hücumda şübhəli bilinən şəxs ABŞ-da axtarışa verilib

REGİON 24 may 2023, 18:50
ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs axtarışa verilib. Türkiyə rəsmiləri araşdırmalardan sonra şübhəlinin şəxsiyyətini müəyyən edib və bununla bağlı Nyu-York şəhər Polis Departamentinə məlumat verib.

Demokrat.az xəbər verir ki, hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib. Onun psixi problemləri olduğu bildirilib.

Nyu-York şəhər Polis Departamenti ötən gün şübhəlinin qaldığı evsizlər sığınacağında axtarışlar aparıb.

Qeyd edək ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb. BMT ilə üzbəüz yerləşən binanın pəncərələri sındırılıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top