Dövlət qurumu Azərbaycan dilinə "qadağa qoydu"

SOSİAL 24 may 2023, 16:20
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz rəsmi internet saytında Azərbaycan dilini rus dili ilə əvəz edib.

Kommersant.az xəbər verir ki, dövlət komitəsinin rəsmi internet saytında tikinti bölməsində tikinti üçün layihə sənədləri sisteminin standartları kateqoriyasında Azərbaycan dilini seçən zaman qanunvericilikdə nəzərdə tutulan dövlət standartları oxuculara rus dilində təqdim olunur.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan dövlətinin rəsmi dilini öz rəsmi isternet saytında inkar edir.

Bundan başqa dövlət komitəsinin rəsmi internet saytında da 44 günlük vətən müharibəsindən sonra minlərlə şəhidlərimizin qanı bahasına işğaldan azad etdiyimiz Qarabağımızı erməni dilində təqdim edir.

Komitənin saytında əlaqə bölməsində təsvir olunan Azərbaycan xəritəsində Qarabağın bütün şəhər, rayon və kəndləri erməni dilində yazılıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top