Rusiya MN: 70-dən çox ukraynalı öldürüldü

DÜNYA 23 may 2023, 22:26
Rusiya Müdafiə Nazirliyi Belqorodda 70-dən çox ukraynalı təxribat qrupu üzvünün öldürüldüyünü açıqlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, ötən gün Ukrayna təxribat qrupunun Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod bölgəsinə daxil olduğu ortaya çıxıb.

Məsələ ilə əlaqədar Rusiya Müdafiə Nazirliyi bölgəyə əməliyyat təşkil edib.

Nazirlikdən verilən açıqlamada Belqoroddakı əməliyyatların tamamlandığı bildirilib.

Həmçinin qeyd olunub ki, əraziyə daxil olan 70-dən çox ukraynalı təxribatçı öldürülüb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top